reklam
“Şalke”nin futbolçusu “Neftçi”də
Sportfm.az xəbər saytı

“Şalke”nin futbolçusu “Neftçi”də


"Neftçi"nin əvəzedici komandasına 3 futbolçu cəlb olunub.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.

Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.

Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Oxşar xəbərlər

27 yaşlı rumın Bakı klubunda - Transfer
"Pana" ləqəbli futbolçu "Kəpəz"də
"Neftçi" Quzzo ilə "qaza gələcək" - RƏSMİ
Mahir Emreli Almaniya klubunda - RƏSMİ
“Kəpəz” "İrəvan"dan futbolçu aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər