Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt" "Zirə" ilə, "Sabah" "Qəbələ" ilə üz-üzə -Azərbaycan kuboku
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk iki qarşılaşma Sumqayıt və Masazırda təşkil olunacaq.
"Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Zirə"ni sınağa çəkəcək. Saat 17:00-da başlanacaq qarşılaşmanı baş hakim Cavid Cəlilov idarə edəcək.
Bu komandalar indiyədək iki dəfə üz-üzə gəliblər. 2018/2019 mövsümünə təsadüf etmiş yarımfinal oyunları heç-heçə ilə yekunlaşıb. "Sumqayıt" evdə 0:0, səfərdə 3:3 hesablı heç-heçə edib. Məhz həmin vaxt qüvvədə olan səfər qolları prinsipinə uyğun olaraq, "gənclik şəhəri" təmsilçisi finala yüksəlib.
Günün digər görüşü "Sabah" və "Qəbələ" arasında gerçəkləşəcək. "Bank Respublika Arena"da saat 19:30-da start götürəcək matça baş hakim Fərid Hacıyev təyinat alıb. Komandaların yolları 3-cü dəfə - yenə 1/4 finalda kəsişir. Əvvəlki 4 oyunun hamısında “Qəbələ” qalib gəlib. Topların nisbətində "qırmızı-qaralar"ın üstünlüyü isə belədir - 8:2.
Bizon Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
4 fevral
17:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”
Qeyd edək ki, digər yarımfinal görüşləri fevralın 5-də keçiriləcək. Cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.

Oxşar xəbərlər
Kubok matçlarında kimlər fit çalacaq? - Təyinatlar
"Sumqayıt" qələbə sorağında - Premyer Liqa
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı - Misli Premyer Liqası
"Sumqayıt" evdə "Zirə"yə qol vura bilmədi - Misli Premyer Liqası
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası