Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbolçunun bıçaqlanmasının təfərrüatı bilindi -Dostu üçün
“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı bəlli olub.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.
Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində isə onlar xanımlarla birgə restoranı tərk ediblər.
İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb. V.Rzayevin dostunu qorumaq üçün özünü irəli verdiyi və bıçağın ona dəydiyi bildirilir.
Nəticədə futbolçu ağır yaralanıb.
Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusu Nihat Fərəcidir. Hazırda o, İkinci liqada mübarizə aparan “Şəki Siti” klubunda çıxış edir. (qafqazinfo)

Oxşar xəbərlər
Veysəl Rzayev bıçaqlandı - Təfərrüatlar
"Turan Tovuz"un futbolçusu "Kəpəz"də - RƏSMİ
Əfsanəvi futbolçuya 9 il həbs verildi
Dostunu öldürən azarkeşə 5 il həbs
"Fənərbaxça"nın sabiq üzvü bıçaqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası