reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" - "Turan Tovuz" matçının vaxtı bilindi


Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlanıb.
Sportfm.az xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq.

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

24 fevral (çərşənbə axşamı)

15:00.“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu

Oxşar xəbərlər

Təxirə salınan oyun 2026-cı ildə keçiriləcək - Qərar
“Qarabağ” – “Turan Tovuz” matçının vaxtı açıqlandı - Misli Premyer Liqası
“Qarabağ” – “Neftçi” matçının vaxtı bilindi - Misli Premyer Liqası
"Qəbələ" - "Qarabağ" matçının vaxtı bilindi - Misli Premyer Liqası
“Turan Tovuz” – “Qarabağ” matçının vaxtı açıqlandı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər