Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramos “Sevilya”nı satın alır
“Real”ın və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos investorlarla birlikdə “Sevilya”nın satın alınması ilə bağlı prinsipial razılığa gəlib.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, Ramos “Five Eleven Capital” holdinqlə birgə “Sevilya”nın səhmdarları ilə danışıqlarda ortaq məxrəcə gəlib.
39 yaşlı futbolçu və onun tərəfdaşları sözləşməni qarşıdakı bir neçə ay ərzində tamamlamağı planlaşdırırlar. Klubun alınması üçün irəli sürülən təklif 450 milyon avro təşkil edib və bu məbləğ səhmdarlar tərəfindən müsbət qarşılanıb.
Ramos “Sevilya”nın heyətində 2003–2005-ci illərdə, eləcə də 2023/24 mövsümündə çıxış edib. Komanda hazırda La Liqanın 21 turundan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər
Ramos ilk qolunu vurdu
Ramos karyerasını Argentinada davam etdirəcək
Ulduz futbolçu dopinq testini qəbul etmədi
Ramos "yuvaya" döndü...
Ramos “Qalatasaray”ı seçdi - İDDİA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası