Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ”dən növbəti transfer
“Qəbələ”qış fasiləsində ikinci transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu İsmail Akinade ilə anlaşıb.
31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.
Karyerasına İrlandiyanın “Bray Wanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Waterford” kimi klublarda çıxış edib.
Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.
“Qəbələ” bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.

Oxşar xəbərlər
"Qəbələ" Ukraynadan futbolçu aldı - RƏSMİ
“Qəbələ”də növbəti transfer
"Qəbələ"dən ilk transfer - RƏSMİ
Daniel Subotiç yenidən "Qəbələ"də
Hollandiyalı Türkiyəyə geri döndü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası