reklam
Türkiyə millisinin sabiq oyunçusu saxlanıldı
Sportfm.az xəbər saytı

Türkiyə millisinin sabiq oyunçusu saxlanıldı


İstanbul polisinin maliyyə cinayətlərinə qarşı mübarizə şöbəsi fond bazarında süni qiymət dalğalanmaları yaratmaqda şübhəli bilinən 12 nəfəri saxlayıb.

Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Türkiyə milli komandasının, “Fənərbaxça” və “Beşiktaş”ın sabiq oyunçusu Gökhan Gönül və keçmiş qapıçı Emrulla Şalk da var.

Onlar İstanbul Fond Birjasında müəyyən səhmlərlə spekulyasiya edərək süni qiymət dalğalanmaları yaratmaqda ittiham olunur.

Araşdırma nəticəsində, Kapital Bazarları Şurasının (CMB) hesabatlarına əsasən, bu şəxslərin qiymətləri manipulyasiya edərək qeyri-qanuni əməliyyatlar həyata keçirdikləri müəyyən edilib. Saxlanılan şəxslər “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və “informasiya bazarında fırıldaqçılıq” etməkdə ittiham olunurlar.

Türkiyə mediası G.Gönülün hava limanında saxlanıldığını yazır.

Oxşar xəbərlər

Gökhan Gönül istefaya göndərildi
Gökhan Gönül millinin baş məşqçisi oldu
Millinin sabiq üzvü karyerasını bitirdi
34 nəfər danışılmış oyunlara görə saxlanıldı
Türkiyə yığmasının futbolçusu həbs edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər