Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov - 800-cü oyun
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
Sportfm.az xəbər verir kİ, bu, Misli Premyer Liqasının 13-cü turuna təsadüf edib.
“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından “köhlən atlar”ı çalışdıran Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.
Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Baş məşqçi “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər
Qurban Qurbanov “Qarabağ”la 400-cü qələbəsini qazandı
Qurbanovun Premyer Liqada 500-cü oyunu
"El komandante" ilə kubokda 40-cı qələbə
Qurban Qurbanov “300”-ə çatdı
Qurban Qurbanovun 200-cü qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası