Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanovun 200-cü qələbəsi
"Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqasının XI turunun "Zirə” ilə qarşılaşmasına təsadüf edib. 200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi postundakı 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib.
200 qələbədən 151-ci Premyer Liqa çərçivəsində əldə olunub. X turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, bu dəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.
"Qarabağ”ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu postdakı debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da "Qarabağ” səfərdə "Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Qurban Qurbanov “Qarabağ”la 400-cü qələbəsini qazandı
Qurbanovun Premyer Liqada 500-cü oyunu
"El komandante" ilə kubokda 40-cı qələbə
Qurban Qurbanov “300”-ə çatdı
Qurbanov üçün ilk, AZAL-dan təkrar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları















Misli Premyer Liqası