reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" səfərdə "Napoli"yə uduzdu -Çempionlar Liqası


UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. Ağdam təmsilçisi səfərdə “Napoli”nin qonağı olub.

Oyun İtaliya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" bunadək “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3).

“Napoli” isə səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub. Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb.

Hazırda "Qarabağ" 7 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xalı olan "Napoli" isə 18-cidir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan) - 2:0

Qollar: Skot Maktominey, 66, Marko Yankoviç, 72-avtoqol

Matçın 56-cı dəqiqəsində "Napoli"nin futbolçusu Rasmus Haylunnun penalti zərbəsini "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edib.
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)

VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Neapol, “Stadio Diego Armando Maradona”

Oxşar xəbərlər

İtaliya mətbuatı “Qarabağ”dan yazdı
“Qarabağ” “Napoli”yə qarşı - Çempionlar Liqası
“Qarabağ”ın oyununa təyinatlar açıqlandı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" matçından yazdı
“Qarabağ” azarkeşlərinə müraciət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər