reklam
Premyer Liqada 5 klub cərimələndi
Sportfm.az xəbər saytı

Premyer Liqada 5 klub cərimələndi


Azərbaycan Premyer Liqasında çıxış edən 5 klub cərimələnib.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

11-ci turun “Qəbələ” – “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat ziyana düşüb. “Zirə” isə “Turan Tovuz”la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.

“Turan Tovuz”un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.

“Kəpəz” – “Sabah” matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.

Oxşar xəbərlər

Bu klublar cərimələndi - QƏRAR
“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR
AFFA cərimə yağdırdı - 5 klub "tərlədi"
Tovuz klubu 3 qaydanı pozduöu üçün cərimələndi
“Turan Tovuz” cərimə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər