reklam
Salah Runinin rekordunu təkrarladı
Sportfm.az xəbər saytı

Salah Runinin rekordunu təkrarladı


İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah "Mançester Yunayted"in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, təcrübəli hücumçu buna Premyer Liqanın X turunda "Aston Villa"nı məğlub etdikləri (2:0) matçda fərqlənməklə nail olub.

O, bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.

Misirli forvard Mersisayd təmsilçisində yerli çempionatda 276 qolun vurulmasında yaxından iştirak edib. Salah indiyədək 188 qol və 88 assistin müəllifidir.

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi "Mançester Yunayted" forması ilə bunu bacarıb. O, Premyer Liqada "qırmızı şeytanlar"ın heyətində 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Salah Premyer Liqanın ən yaxşısı oldu
Holann Bestin rekordunu təkrarladı - 54 ildən sonra
Salahdan yeni rekord - Premyer Liqa
Ueyn Runinin yeni iş yeri - RƏSMİ
Runidən tarixi rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər