reklam
Sportfm.az xəbər saytı

"İmişli"nin ciddi zədə alan futbolçusu əməliyyat olunacaq


"İmişli"nin Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyunda zədələnən futbolçusu Vüsal Qənbərovun durumuna aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin aşağı ətraf sümüklərində sınıq aşkarlanıb. Bildirilib ki, hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və immobilizasiya tədbirləri həyata keçirilib. Hazırda Vüsalın vəziyyəti stabil qiymətləndirilir. Onun oktyabrın 27-də əməliyyat olunması planlaşdırılır.

Qeyd edək ki, Vüsal" ötən ilin yanvar ayından "İmişli"nin formasını geyinir.

Oxşar xəbərlər

"İmişli"də yeni müqavilələr
Millinin futbolçusu əməliyyat olundu
"Sabah"ın futbolçusu əməliyyat olundu
İmişli təmsilçisi 6 futbolçunu yola saldı
"Xəzər Lənkəran"ın sabiq futbolçusu "İmişli"də - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər