Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatının finalçıları məlum oldu
Çilidə keçirilən gənclər arasında (U-20) futbol üzrə dünya çempionatının final cütlüyü müəyyənləşib.
Sportfm.az xəbər verir ki, həlledici oyunda Mərakeş və Argentina komandaları üz-üzə gələcəklər.
Final görüşü oktyabrın 20-də keçiriləcək və Bakı vaxtı ilə gecə saat 3:00-da başlayacaq.
Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşıb və penaltilər seriyasında qalib gəlib (1:1, 5:4). Argentina isə digər yarımfinalda Kolumbiya üzərində qələbə qazanaraq (1:0) finala adlayıb.
Xatırladaq ki, turnirin son qalibi Uruqvay yığması olub. 2023-cü ildəki finalda Cənubi Amerika təmsilçisi İtaliyanı 1:0 hesabı ilə məğlub etmişdi.

Oxşar xəbərlər
Dünya Çempionatı 1 aydan çox davam edəcək
Argentina millisi finalda - Amerika kuboku
Yığmamız dünya çempionatının qalibi oldu
Kolumbiya yarımfinala yüksəldi - Amerika kuboku
Amerika kubokunda finalçılar müəyyənləşdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası