Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşqdə avtobusla toqquşdu, xəstəxanaya yerləşdirildi - FOTO
Türkiyə Superliqasında çıxış edən "Sivasspor"un gənc oyunçusu Berkan Ercan bədbəxt hadisə ilə üzləşib.
Sportfm.az xəbər verir ki, hadisə klubun məşq bazasında yaşanıb. Belə ki, komanda yoldaşlarıyla məşqi yüngül qaçışla tamamlamaq istəyən futbolçu hərəkətdə olan klub avtobusunun açıq qapısı ilə toqquşub. Zərbənin təsirindən huşunu itirən Ercanı xəstəxanaya çatdırıblar. Həkimlərin müayinəsindən sonra məlum olub ki, 21 yaşlı oyunçu kəllə-beyin travması alıb. Klubdan verilən məlumata görə, hazırda futbolçunun durumu yaxşılaşmağa başlayır.
Oxşar xəbərlər
“Beşiktaş”ın oyunçusu xəstəxanaya yerləşdirildi
Millimizin sabiq oyunçusu döyüldü - Moskvada
Qol vurdu, kəllə-beyin travması aldı
İdman kanalının əməkdaşı döyüldü - FOTO
Berluskoni xəstəxanaya yerləşdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası