reklam
Millimiz Rusiyaya uduzdu -
Sportfm.az xəbər saytı

Millimiz Rusiyaya uduzdu -MDB Oyunları


16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təşkil olunan III MDB Oyunlarında final oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, U-16 həlledici görüşdə Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda keçirilmiş görüş rəqib komandanın əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2.
Qarşılaşmanın ilk yarısında qol vurulmayıb. İkinci hissəyə Azərbaycan millisi Əli Bəşirovun qolu ilə başlayıb. Bəşirov 67-ci dəqiqədə də fərqlənərək, "dubl" edib.
Lakin Rusiya yığması 4 dəqiqə ərzində 3 qol vuraraq, geridönüş edib. Kiril Denisov 73-cü, İvan Kuzmin, 74-cü, Ratmir Lukyanov 76-cı dəqiqədə fərqlənib. 88-ci dəqiqədə Timofey Lattu qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılsa da, Azərbaycan millisi say üstünlüyündən yararlana bilməyib.
Nəticədə Aqil Nəbiyevin baş məşqçi olduğu kollektiv III MDB Oyunlarını bürünc medalla tamamlayıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı oyunlarında Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub edib.

14:00. Azərbaycan (U-16) - Rusiya (U-16) - 2:3
Qollar: Əli Bəşirov, 46; 67 - Kiril Denisov, 73. İvan Kuzmin, 74. Ratmir Lukyanov, 76
Qırmızı vərəqə: Timofey Lattu, 88 (Rusiya)
Qəbələ şəhər stadionu
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Elvin Mədətov, Ağadur Mahmudov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev

Oxşar xəbərlər

Millimiz Monteneqroya qalib gəldi
Millimiz Moldovanı məğlub etdi - Yoxlama görüşü
Azərbaycan millisi Moldovaya qalib gəldi
Millimiz Türkiyə ilə bərabərə qaldı
Sonumuz nə olacaq, 15 yaşlılarımız da hamıya uduzur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər