Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milyard yarımlıq transfer
Portuqaliyalı mütəxəssis Joze Mourinyo tarixi göstəriciyə imza atıb.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi kimi 1 milyard avrodan artlq transfer edən ilk çalışdırıcıdı.
Düzdü, o, 9 rəqəmli ədədi çoxdan arxada qoyub. Lakin həmkarlarımız yalnız indi bu yöndə apardıqları araşdırmaların nəticələrini açıqlayıb.
Mourinyo indiki həcmdə məsrəflərə 17 illik karyerası ərzində çatıb. "Porto"da işlədiyi vaxt (2002-04) cəmi 22 milyon avroluq oyunçular alan mütəxəssis sonradan daha sanballı transferlərə üstünlük verib.
"Çelsi"də (2004-07) 368, İtaliya "İnter"ində (2008-10) 155, "Real"da (2010-13) 182 milyon avro xərclətdirən portuqaliyalı London klubuna döndükdən sonra (2013-15) da məsrəflərdən yayınmayıb - 357 milyon avro.
İndiki klubu, 2016-cı ildən çalışdırdığı "Mançester Yunayted"də isə mütəxəssis daha 350 milyon avroluq oyunçu aldırıb. Bununla da Mourinyonun ümumi transfer məsrəfləri milyard yarıma yaxındı - 1 milyard 434 milyon avro.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Dünyanın ən bahalı futbol brendləri - SİYAHI
İngiltərə klubları transferlərə 1,25 milyard xərclədi
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Transferlərə ən çox pul xərcləyən 20 klub - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası