reklam
“Benfika” Joze Mourinyo ilə danışıqlar aparır -
Sportfm.az xəbər saytı

“Benfika” Joze Mourinyo ilə danışıqlar aparır -AÇIQLAMA


“Benfika” rəsmi saytında açıqlama yayaraq, Joze Mourinyo ilə danışıqlar apardıqlarını təsdiqləyib.
Sportfm.az xəbər verir ki, Lissabon klubunun yaydığ rəsmi bəyanatda deyilir:

“Hazırda Joze Mourinyo ilə baş məşqçi kimi təyinatı barədə danışıqlar gedir. Prosesin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir”.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Benfika” “Qarabağ”la oyunda erkən iki qol vursa da, nəticədə evdə 2:3 hesabı ilə uduzub. Matçdan sonra klub baş məşqçi Bruno Laje ilə yollarını ayırıb.

Mourinyonun isə işsiz günləri çox çəkməyib. O, yayda “Fənərbaxça”dan istefaya göndərilmişdi.

Oxşar xəbərlər

"Fənərbaxça" Mourinyonu sonra qovdu
Joze Mourinyo əməliyyat olundu
Joze Mourinyo yenidən yarımadaya qayıda bilər - bu dəfə "İnter" onunla maraqlanır
“Bura gəlsin, nə qədər pul istəsə, verəcəm” - “Benfika”nın prezidenti
Mourinyo onların təklifini rədd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər