reklam
Ölkə prezidenti “Qarabağ”ı təbrik etdi
Sportfm.az xəbər saytı

Ölkə prezidenti “Qarabağ”ı təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” Futbol Klubunu təbrik edib.
Sportfm.az xəbər verir ki, təbrikdə deyilir:

“Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

Xatırladaq ki, “Qarabağ” - “Benfika” qarşılaşması Azərbaycan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

"Komandamla fəxr edirəm" - Tahir Gözəl
Prezident "Zirə"ni təbrik etdi
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
Ölkə prezidenti İlham Əliyev Ramil Quliyevi təbrik etdi
FİFA Azərbaycan çempionunu təbrik edti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər