reklam
Rüstəm Əhmədzadə millidə -
Sportfm.az xəbər saytı

Rüstəm Əhmədzadə millidə -Heyətdə dəyişiklik


Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) əsas yığmaya cəlb olunublar.

Sentyabrın 9-da Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakıda keçiriləcək.

Bu gün Fernandu Santus Azərbaycan millisinin baş məşqçi postundan uzaqlaşdırılıb. Millini Ukrayna ilə matça U-21-in və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Oxşar xəbərlər

Millimizi Bolqarıstanla oyuna kimin çıxaracağı bilindi
Fernandu Santuşla yollar ayrıldı
Azərbaycan millisinə 24 futbolçu dəvət etdi
Santuş millinin heyətini açıqlayacaq
Millimizin İngiltərə və Ukrayna ilə oyunlar üçün heyəti - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər