reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın meydana çıxacağı stadionda kütləvi dava


Danimarka Super Liqasında IV turun mərkəzi oyununda dava düşüb.

Sportfm.az xəbər verir ki, "Brondbi"-"Kopenhagen" matçında qonaq komandanın fanatları ilə polislər və hakim-inspektor arasında qarşıdurma yaşanıb.

Çaxnaşma 90-cı dəqiqədə meydan sahiblərinin hesabı açmasından sonra yaşanıb. Həmin vaxt inspektorun başına zərbə endirilib. Meydana girən "Kobenhavn" azarkeşləri çətinliklə tribunaya qaytarılıb. Hadisə ilə əlaqədar 4 nəfər həbs olunub. 20 dəqiqəlik fasilədən sonra davam edən görüşdə nəticə dəyişməyib 1-0.

"Kopenhagen" klubu bəyanat yayaraq, azarkeşlərinin hərəkətini biabırçılıq adlandırıb. 

Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının "pley-off" mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Oxşar xəbərlər

Yoldaşlıq görüşündə kütləvi dava düşdü
Kütləvi dava zamanı 17 azarkeş öldü - Meksikada
Ukraynada azarkeşlər arasında kütləvi dava
"Kopenhagen"ə qarşı oynamış "Qarabağ"ın futbolçusu:"Biz bunları etmədik və cəzalandırıldıq" - ÖZƏL
"Qarabağ"ın matçından sonra italyan azarkeşlər döyüldü - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər