reklam
Sportfm.az xəbər saytı

"Ferentsvaroş"un oyunu təxirə salındı


"Ferentsvaroş" klubu Macarıstan çempionatının ilk turunda "Kişvarda"ya qarşı nəzərdə tutulan oyununun təxirə salınmasını istəyib.

Sportfm.az xəbər verir ki, Budapeşt təmsilçisi "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün belə bir xahişlə Macarıstan Futbol Federasiyasına müraciət edib.

Müraciət müsbət cavablandırılıb və avqustun 24-də keçirilməli olan səfər oyunu təxirə salınıb.

"Qarabağ" isə cavab görüşündən əvvəl avqustun 22-də Azərbaycan Premyer Liqasının II tur matçında "Sumqayıt"ı qəbul edəcək. Ağdam komandasının ilk turda "Sabah"a qarşı səfər matçı təxirə salınmışdı.

Qeyd edək ki, "Qarabağ" və "Ferentsvaroş" avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündə üz-üzə gələcək. Oyun saat 20:45-də başlanacaq. Budapeştdəki ilk matçda Azərbaycan komandası qələbə qazanıb - 3:1.

Oxşar xəbərlər

“Ferentsvaroş” UEFA tərəfindən cəzalandırıldı
“Sabah”ın matçı təxirə salındı
"Qarabağ"ın oyunu təxirə salındı - Bu səbəbdən
"Qarabağ"ın oyunu təxirə salındı - Bu səbəbdən
"Qarabağ" "Ferentsvaroş"a qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər