reklam
İsveç təmsilçisi Bakıda qalib oldu
Sportfm.az xəbər saytı

İsveç təmsilçisi Bakıda qalib oldu


Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının sonuncu günü start götürüb.

Sportfm.az saytı xəbər verir ki, çempionatın 14-cü günündə 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunub.

Belə ki, atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın son qalibi İsveç təmsilçisi olub. Emil Martinsson 395 xal toplayaraq qızıl medal qazanıb.

Gümüş medala 392 xal toplayan rusiyalı Mixail Azarenko yiyələnib. Finlandiyalı Topi Hulkkonen isə 390 xalla ilk üçlüyü qapayıb.

Oxşar xəbərlər

Dünya kubokunun növbəti qalibləri bəlli oldu
Bakıda atıcılıq üzrə Avropa çempionatının sonuncu günü başladı
İsveç millisi Bakıda qızıl medal qazandı
Kamenski Bakıda medal qazandı
Güllə atıcılığı üzrə respublika çempionatına yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər