Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
ABŞ senatorlarından FİFA-ya qəribə müraciət!
ABŞ senatorları FİFA-ya müraciət edərək, DÇ-2018 üçün tikilən stadionlarda Şimali Koreyadan olan fəhlələrin işlədilməsi ilə bağlı yayılan məlumatı araşdırmağı tələb ediblər.
Sportfm.az xəbər verir ki, bu ilin may ayında "Guardian” qəzeti Sankt-Peterburqda inşa edilən stadionda şimali koreyalı fəhlələrin işlədildiyini və onların hüquqlarının pozulduğu ilə bağlı məlumat dərc edilmişdi.
Bununla bağlı İsveç, Norveç, Danimarka və İslandiya futbol federasiyalarının da FİFA-ya məktub göndərdiyi bildirilir. Qəzet FİFA-nın cavabını da dərc etmişdi. Cavabda göstərilirdi ki, FİFA ötən il belə fakt aşkarlasa da, 2017-ci ilin mart ayında aparılan təkrar yoxlama zamanı belə hala rast gəlinməyib.
Senatorlar məsələnin araşdırılmasını və DÇ-2018 üçün tikilən stadionlarda çalışanların hüquqlarının qorunmasını tələb edirlər. DÇ-2018-in təşkilat komitəsinin sədri Vitali Mutko xarici mətbuatı böhtan atmaqda ittiham edib və tikintisi gedən stadionlarda bütün işlərin FİFA-nın təlimatları əsasında aparıldığını bildirib.
Mənbə:Kaspi.az
Oxşar xəbərlər
12 ölkə FİFA-ya müraciət etdi - İsrailin yarışlardan uzaqlaşdırılması üçün
Samuel Etoya görə FİFA-ya müraciət olundu
FİFA-dan yeni qərar - stadionlarda pivə satacaq
FİFA-dan şok qərar
AFFA FIFA-ya müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı














Misli Premyer Liqası