Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İki ölkə dünya çempionatını birgə təşkil etmək istəyir
Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək üçün FİFA-ya müraciət edib. Bu barədə "As" və "Sport" nəşrinin müxbiri Vera Brunati məlumat verib.
Sportfm.az xəbər verir ki, hər iki ölkənin futbol federasiyasının nümayəndələri avqustun 2-də mətbuat konfransı keçirəcək. Bu tədbirdə mundialın ev sahibliyinə ərizə təqdim olunması rəsmən elan ediləcək. Uruqvay 1930-cu ildə ilk dünya çempionatına ev sahibliyi edib və turnirdə qalib olub. Argentina tarixində iki dəfə dünya çempionu adını qazanıb. Bunlardan biri 1978-ci ilə təsadüf edir ki, həmin vaxt turnir Argentinada təşkil olunmuşdu.
Oxşar xəbərlər
Hokkey üzrə dünya çempionatı Qazaxıstanda keçiriləcək
Avstraliya dünya çempionatından imtina etdi
Səudiyyə Ərəbistanı dünya çempionatından vaz keçdi - DÇ-2030
Daha 4 ölkə dünya çempionatını keçirmək istəyir - Bolqarıstan, Serbiya, Yunanıstan və Rumıniya
Dünya Çempionatı Cənubi Amerikada keçirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası