reklam
“Turan Tovuz”da yeni təyinatlar
Sportfm.az xəbər saytı

“Turan Tovuz”da yeni təyinatlar


“Turan Tovuz”un əsas komandasında üç yeni təyinat baş tutub.

Sportfm.az xəbər verir ki, qazaxıstanlı Aleksandr Kornilov həkim, italiyalı Marko Kaser fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaro isə atletik hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunub.

Aleksandr Kornilov vətənində “Spartak Semey”, “Altay”, “Kayrat” və “Yelimay” komandalarında çalışıb.

Fiziki hazırlıq üzrə məşqçi Marko Kaser İtaliyada “Salernitana”, “Belluno”, “Novara”, Maltada “Valetta” və “Birkirkara”, Tunisdə “Sfaksien”, Qətərdə “Əl-Qarafa”, İranda “Nassaci”, “Traktor” və “Fulad” komandalarında işləyib.

Son olaraq Maltanın “Hamrun” klubunda bu vəzifəni icra edən Vinçenzo Çestaro daha əvvəllər Maltada “Valetta”, Çexiyada “Viktoriya”, İtaliyada “Çavese”, “Focca”, “Avellino” və “Noçerina” kimi klublarda çalışıb.

Hər üç mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Oxşar xəbərlər

Tovuz klubunda yeni məşqçi - Təyinat
“Araz-Naxçıvan”da yeni məşqçi
“Qəbələ”də türkiyəli məşqçi
Fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Azərbaycan yığmasında yeni məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər