reklam
Sportfm.az xəbər saytı

"Fənər"dən getdi, "Fiorentina" ilə anlaşdı -Transfer


"Fənərbaxça"dan ayrılan Edin Cekonun yeni klubu bəlli olub.

Sportfm.az xəbər verir ki, bosniyalı hücumçu karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Ceko "Fiorentina" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı forvard artıq Florensiya təmsilçisi üçün tibbi müayinədən keçib. Onunla 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Edin Ceko ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 53 rəsmi matçda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Şamaxı"dan getdi, Rusiya klubu ilə müqavilə bağladı - RƏSMİ
Yığmamızın futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Ərəbistan klubundan "Fənərbaxça"ya - TRANSFER
İmmobile İstanbul klubunda - RƏSMİ
“Fənərbaxça” Söyüncü ilə bağlı qərar verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər