reklam
Azərbaycan millisi Macarıstana məğlub oldu -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Macarıstana məğlub oldu -Yoxlama görüşü


Bu gün Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edib. "Liv Bona Dea Arena"da oynanılan görüş millimizin məğlubiyyəti ilə başa çatıb - 1:2.

Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.Daha əvvəl - bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.

Yığmamız ümumilikdə Santuşun baş məşqçiliyi ilə 10 oyunun heç birində qalib gələ bilməyib. 8-ci dəfə uduzan milli komanda yalnız iki dəfə heç-heçəyə nail olub.

Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüş olub. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.

10 iyun

Yoxlama oyunu

20:00. Azərbaycan - Macarıstan - 1:2

Qollar: Barnabas Varqa, 5 (0:1), Renat Dadaşov, 8 (1:1), Dominik Soboslay, 34 (1:2)

Baş hakim: Viktor Şimusik (Belarus)

"Liv Bona Dea Arena"

Oxşar xəbərlər

Azərbaycan Macarıstana qarşı - Yoxlama görüşü
Millimiz Latviya ilə bərabərə qaldı - Yoldaşlıq görüşü
Azərbaycan millisi Latviyaya qarşı - Yoxlama görüşü
Yığmamız İsveçə uduzdu
Yığmamız İordaniyaya qalib gəldi - Yoldaşlıq oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər