Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Araz-Naxçıvan"da yeni müqavilələr
Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb.
Sportfm.az xəbər verir ki, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.
Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib. Klubdan verilən məlumata görə, legionerlərdən Covanni Valeryo ilə yeni anlaşma əldə olunub. Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla müqavilə 1 illik imzalanıb. Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da Olimpik Starda baş tutacaq.
Qeyd edək ki, dünən qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Oxşar xəbərlər
“Araz-Naxçıvan”da yeni müqavilə
“Araz-Naxçıvan” Elmarla davam edəcək – RƏSMİ
"Araz-Naxçıvan"da yeni müqavilə
“Araz-Naxçıvan” rusiyalı məşqçi ilə anlaşdı
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası