reklam
FİFA referisi daxili yarışa buraxılmadı - Azərbaycanda - ÖZƏL
Sportfm.az xəbər saytı

FİFA referisi daxili yarışa buraxılmadı - Azərbaycanda - ÖZƏL


2014-cü ildən bu yana keçirilməyən çimərlik futbolu üzrə ölkə çempionatı bərpa olunub. 
 
Sportfm.az xəbər verir ki, ötən gün start verilən çimərlik futbolu üzrə Superliqanın oyunları Su İdmanı Sarayının meydançalarında keçirilir. Azərbaycan Çimərlik Futbolu Federasiyası tərəfindən düzənlənən turnirdə "Zirə", "Neftçi", "Sumqayıt" və "Səbail" komandaları iştirak edir. Saytımıza daxil olan məlumata görə, federasiya rəhbərliyi qeyri-adi bir qərar qəbul edərək, çimərlik futbolu üzrə FİFA referisi, uzun illərdir Azərbaycanda və ölkə xaricində bir çox yarışların baş hakimi olan Əfqan Həmzəyevə dəvət göndərməyib. Məhz buna görə, Həmzəyev avqustun 5-nə qədər davam edəcək Superliqanın oyunlarından kənarda qalıb. Bunu Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovla Həmzəyevin arasındakı "soyuq" münasibətlə izah etmək olar. Belə görünür ki, Məmmədov Superliqanın oyunlarına hakim təyinatı zamanı FİFA referisinin autda qalmasını istəyib. 

Oxşar xəbərlər

Çempionatı olmayan Azərbaycan Superfinalda oynayacaq
Futzalımızda daha bir qalmaqalın təməli qoyulur - ÖZƏL
"Sumqayıt" "Zirə"ni məğlub etdi, amma yaşıl meydanda yox
Adı olub, özü olmayan çimərlik futbolu - PROBLEM
Çimərlik futbolu üzrə yığmamızın heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər