reklam
Adı olub, özü olmayan çimərlik futbolu - PROBLEM
Sportfm.az xəbər saytı

Adı olub, özü olmayan çimərlik futbolu - PROBLEM


Azərbaycan Çimərlik Futbol Federasiyası 2003-cü ildə yaradılıb. Amma bu Federasiya hələ də məlum olmayan səbəblərdən bu günə qədər fəaliyyət göstərmir. 2008-ci ilin fevralında AFFA-nın (Azərbaycan Futbol Federasiyalar Assosiasiyası) və Azərbaycan Çimərlik Futbol Federasiyasının yeni rəhbərliyi Azərbaycanda bu idman növünü inkişaf etdirmək üçün və məşhurlaşdırmaq üçün yeni layihə hazırladı. Sportfm.az saytının verdiyi məlumata görə, dövlət büdcəsindən milyonlarla vəsait xərclənərək, çimərlik futbolu üzrə yarışların keçirilməsi üçün meydançalar salındı, infrastruktura quruldu. Bu idman növü üzrə ölkə çempionatı keçirilməyə başlandı. Və birdən, bizdə həmişə olduğu kimi, hər şey yarımçıq dayandırıldı. 
Bakıda çimərlik futbolu üzrə son daxili yarış 2014-cü ildə baş tutdu. 9 komandanın qatıldığı ölkə Super Liqasında ən çox xal yığan "Fənərbaxça" komandası qızıl medalları qazanaraq, ölkəmizi Avroliqa yarışlarında təmsil etmək hüququ əldə etdi. Şüvəlan bələdiyyəsi, Mərdəkan bələdiyyəsi, TT Standart Bank, Fövqəladə Hallar Nazirliyi "Qələbə", "Fənərbaxça", "Şuşa", "Misterfix" şirkətinin, Sabirabad rayon İcra Hakimiyyətinin komandalarının iştirakı ilə keçirilən Azərbaycan Super Liqasının qalibinə mükafat belə verildi. İlk üç yerin qalibi Respublika kubokunun final mərhələsində birbaşa iştirak üçün vəsiqə qazandı. Bu bizim idmançıların görüb-görəcəyi son turnir oldu. Ondan sonra adı olub, özü olmayan Azərbaycan Çimərlik Futbol Federasiyası ancaq ona ayrılan vəsaiti sağa-sola xərcləməklə, arabir yığma komanda üçün toplanışlar edərək, gözdən pərdə asmaqla məşğuldur. AFFA-nın bu sahəyə olan biganə münasibəti, çimərlik futbolunun oynanması üçün Avropanın ən münbit şəraiti olan ölkələrindən birində bu idman növü məhv olmaq üzrədir.
 
 


Oxşar xəbərlər

Çempionatı olmayan Azərbaycan Superfinalda oynayacaq
FİFA referisi daxili yarışa buraxılmadı - Azərbaycanda - ÖZƏL
Həmyerlimiz Avropa klubunda çalışa bilər - EKSKLÜZİV, FOTO
Millimiz İraq yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə yığmamızın heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər