reklam
Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxır
Sportfm.az xəbər saytı

Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxır


Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı avstriyalı Marina Zeçner idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.

Oxşar xəbərlər

Azərbaycan yığması ilk matçına çıxır - YENİLƏNİR
Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq
Millimiz qrupda son matçına çıxır - Millətlər Liqası
Qızlarımızın Kipr sınağı - Millətlər Liqası
Millimiz bu gün növbəti oyununa çıxır - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər