Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" - "Araz-Naxçıvan" matçında mövsümün ilki
Misli Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunu erkən qarşılıqlı qollarla əlamətdar olub. 1:1 hesabı ilə başa çatan görüşdə hər iki top ilk 7 dəqiqəyə təsadüf edib. Bassala Sambu 3-cü dəqiqədə meydan sahiblərini önə çıxarıbsa, İssuf Paro artıq 7-ci dəqiqədə hesaba tarazlıq gətirib.
Hər iki komandanın belə erkən qol vurması mövsümdə ilk dəfə yaşanıb. Cari çempionatın heç bir matçında ilk 7 dəqiqədə qarşılıqlı qollar qeydə alınmamışdı.
“Neftçi Arena”dakı görüşədək 2 matçda 8-ci dəqiqədə hesab bərabərləşib. 2024-cü il sentyabrın 22-də keçirilən “Səbail” – “Sabah” (2:4) qarşılaşmasında Amir Bilali 4-cü, Coy Lens Mikels 8-ci dəqiqədə fərqlənib. Oktyabrın 5-də baş tutan “Sabah” – “Araz-Naxçıvan” görüşündə (1:1) isə Pavol Safranko 5-ci, Felipe Santos 8-ci dəqiqədə qola sevinib.
“Neftçi” – “Araz-Naxçıvan” matçı ümumilikdə 2 ən erkən qolun vurulmasına görə isə cari mövsümün ikinci göstəricisi ilə yadda qalıb. Mütləq rekord 2024-cü il noyabrın 8-də keçirilən “Neftçi” – “Şamaxı” matçında qeydə alınıb. Həmin görüşdə hər iki qola eyni komanda imza atıb. “Ağ-qaralar” 3 dəqiqədə 2 top vurublar. Dembo Darbo 1-ci, Murad Məmmədov 3-cü dəqiqədə fərqlənib.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" "Şamaxı"ya qarşı - Misli Premyer Liqası
"Neftçi" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası
"Neftçi" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Araz-Naxçıvan" "Neftçi"yə qarşı - Misli Premyer Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Çexiya ilə bərabərə qaldı - DÇ-2028
-
Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletləri təqdim edilib
-
"Sabah" 4 top buraxdı - Çempionlar Liqası
-
Kriştiano Ronaldo millidəki karyerasını başa vurdu
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA

.jpg)

.jpg)
Misli Premyer Liqası