Ərəblər Azərbaycan klubu ilə bacarmadı
2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.
Sportfm.az xəbər verir ki, sumqayıtlılar Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Fateh" klubu ilə üz-üzə gəliblər. Qarşılaşma VON Resort Hotelinin stadionunda yerli saatla 18:00-da start götürüb.
Qeyd edək ki, 1958-ci ildə yaranmış "Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Peşəkar Liqasını 8-ci yerdə bitirib.
Qarşılaşma "Sumqayıt"ın hücumları ilə başlayıb. İlk hissələrdən hücuma atılan komanda hesabı 14-cü dəqiqədə açıb. Yeni transferlərdən olan Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının "uzaq doqquzluğ"una göndərməklə baxımlı qola imza atıb.
Oyunun 37-ci dəqiqəsində Eyyubov uzaq məsafədən daha bir gözəl qolla yadda qalıb. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik olub. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirib.
İkinci hissə də "Sumqayıt"ın üstünlüyü ilə keçib. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirib.
Yoxlama oyunu
20 iyul
"Sumqayıt" - "Al Fateh" 3:0
Qollar: Rəşad Eyyubov, 14, 37. Ramil Həsənov, 88.
Bolu, Von Resort Hotelinin stadionu.
"Sumqayıt" bu heyətlə çıxış edib: 23. Mehti Cənətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.
Oyuna sonradan daxil olanlar: 31. Miremil Həsənov, 14. Bəxtiyar Həsənalızadə, 13. Bəhlul Mustafazadə, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, Ramil Orucov, Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |