reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Səbail"ə qalib gəldi


Bu gün Misli Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, 27-ci turun sonuncu oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə autsayder "Səbail" "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Neftçi" 31 xalla 6-cı yerə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu yerdədir.

Günün digər qarşılaşmasında 4-cü yerdəki "Turan Tovuz" 8-ci pillədəki "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 18:30-da başlayacaq.

Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında "Turan Tovuz" qələbə qazanıb - 1:0, 2:4.

16 mart
16:00.“Səbail” – “Neftçi” - 1:2

Qollar: Filip Ozobiç, 17 (0:1), Elvin Camalov, 29 (0:2), Rüfət Abdullazadə, 43 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

ASCO Arena

Oxşar xəbərlər

“Neftçi” “Səbail”ə, “Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
"Zirə" "Neftçi"yə, "Sabah" "Turan Tovuz"a qarşı - Misli Premyer Liqası
"Zirə" "Qəbələ"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
“Araz-Naxçıvan” “Sumqayıt”a, “Neftçi” “Qəbələ”yə qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Neftçi"yə, "Sumqayıt" "Kəpəz"ə qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər