reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın matçından sonra qalmaqal yaşandı - VİDEO


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Qarabağ" səfərdə "Samtredia"nı 1-0 hesabı ilə məğlub edib. 
 
Sportfm.az saytının Tiflisə ezam olunan xüsusi müxbiri xəbər verir ki, oyunsonrası mətbuat konfransında yerli jurnalistlərlə "Samtredia"nın baş məşqçisi Gia Tsedzadze arasında qalmaqal yaşanıb. Belə ki, gürcü mütəxəssis jurnalistlərdən bir nəfərin ona ünvanladığı, "sən belə məğlubiyyətlərdən sonra hansı üzlə postunda qalacaqsan?" atmacasına sərt reaksiya verib. Tsedzadze mətbuat konfransını tərk etməkdən imtina edərək, bütün günahın özündə olduğunu, klub rəhbərliyinin və futbolçuların heç bir günahının olmadığını bildirib. O qeyd edib ki, komandanın prezidenti onun istefasını istəsə, buna razı olacaq. Həmin görüntüləri sizlərə təqdim edirik. 

Oxşar xəbərlər

"Samtredia"nın baş məşqçisi:" Oyunumuzdan razı deyiləm"
"Qarabağ"ın baş məşqçisi nədən danışdı?
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
Giya Tsedzadze:"Rəqibin zəif tərəflərini bilirik"
Fatih Terimin hərəkəti gündəmi zəbt etdi! - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər