Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Beynəlxalq qurumu şantaj etdiyi şalvarı satdı -FOTO
Norveç şahmatçısı Maqnus Karlsen qalmaqallı cins şalvarını hərracda satıb.
Sportfm.az xəbər verir ki, 16-cı dünya çempionu bu satışdan 36 100 dollar qazanc əldə edib.
Xatırladaq ki, Karlsen geyim qaydalarını pozduğuna görə dünya çempionatından diskvalifikasiya edilmişdi. O, yarışa cins şalvarla gəlib və onu dəyişməkdən imtina edib. Bundan sonra norveçli bir daha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində iştirak etməyəcəyini açıqlayıb. Qurumun rəhbəri Arkadi Dvorkoviç dünya blits çempionatının geyim qaydalarını yumşaltmaq qərarına gəlib və bundan sonra Maqnus Karlsen turnirdə iştirak etməyə razılaşıb. Karlsen birinci yeri rusiyalı Yan Nepomniyaşi ilə bölüşüb.
FIDE-nin diskvalifikasiya qərarından sonra Rusiya Şahmat Federasiyasının prezidenti Andrey Filatov norveçli qrossmeysterə cins şalvarını hərraca çıxarmağı təklif etmişdi.

Oxşar xəbərlər
Dünya çempionu ailə həyatı qurdu - FOTO
Dünya kubokunun mükafatçıları müəyyənləşdi
Maqnus Karlsen dünya çempionu oldu
Özünün təşkil etdiyi turniri qazandı - 70 min dollar əldə etdi
Köhnə-təzə çempion
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası