reklam
“Sumqayıt” – “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub
Sportfm.az xəbər saytı

“Sumqayıt” – “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub


Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Sabah” oyunu hər iki komanda üçün əlamətdar olub.

Sportfm.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıtdakı cavab görüşündə 4:0 hesablı qələbə qazanan Bakı klubu kubokda özünün ən böyükhesablı səfər qalibiyyətini alıb. Bunadək paytaxt təmsilçisinin səfərdə ən çox fərqlə qalib gəlməsi 2018/2019-cu illər mövsümünün “Ağsu” ilə görüşünə təsadüf etmişdi – 3:0.

“Sumqayıt” isə kubokda ən ağır ev məğlubiyyətini alıb. Bunadək iki dəfə üç top fərqi ilə uduzan komanda 2015/2016-cı illər mövsümündə 1:4, bir il sonra 2:5 hesabına üzülüb. Hər iki matçda rəqib “Qarabağ” olub.

Oxşar xəbərlər

“Neftçi” yeni antirekorda imza atdı
"Qəbələ" rekordunu təkrarladı - Premyer Liqa
"Sumqayıt"ın baş məqşçisi üçün əlamətdar tur
"Qarabağ"dan 12 ildən sonra 11 qol
Son 12 ildə görünməmiş məğlubiyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər