reklam
Sportfm.az xəbər saytı

"Zirə" Sumqayıt səfərində -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək.

Hazırda “Zirə” 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb.

Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 7 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb.

Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin üstünlüyü var. Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovun komandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

15 fevral

19:00. “Sumqayıt” - “Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16 fevral

16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan”

19:00. “Neftçi” - “Qarabağ”

17 fevral

16:00. “Kəpəz” - “Şamaxı”

19:00. “Səbail” - “Sabah”

Oxşar xəbərlər

“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
“Zirə” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Səbail”ə qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
“Şamaxı” “Kəpəz”a, "Zirə" "Sumqayıt"a qarşı - Misli Premyer Liqası
"Zirə" "Şamaxı"ya qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər