reklam
Serbiya klubunun azərbaycanlı vitse-prezidenti:
Sportfm.az xəbər saytı

Serbiya klubunun azərbaycanlı vitse-prezidenti:"Bu bir ictimai vəzifədir" - EKSKLÜZİV


Bir müddət öncə Sportfm.az saytının verdiyi məlumat öz təsdiqini tapıb. Turqay Fərzəliyev Serbiyanın ən titullu futzal klublarından biri olan "Ekonomats"ın idman direktoru və vitse-prezidenti təyin olunub. 
 
Təyinatı ilə bağlı Sportfm.az saytına danışan "Fənər" komandasının sabiq prezidenti bunları dedi:"Mən uzun illərdir bu kluba yaxından kömək edirdim. İndi isə futzalda qazandığımız təcrübənin tətbiqi üçün əla şərait yaranıb. Bu bir ictimai vəzifədir, mən həmişə dostlarımın yanında olmuşam. "Ekonomats"ın güclü kluba çevrilməsi üçün əlimdən gələni edəcəm". 
Qeyd edək ki, "Ekonomats" 9 dəfə Serbiya çempionluğunu qazanıb. 
 
 
 

Oxşar xəbərlər

Şahzadə indi də bu kluba göz dikdi
"Qəbələ"nin yeni prezidenti məlum oldu - RƏSMİ
Serbiya klubunun prezidenti:"O bizim komandaya yeni nəfəs gətirdi" - ÖZƏL
Kəmaləddin Heydərov Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edilib
Həmyerlimiz Avropa klubunda çalışa bilər - EKSKLÜZİV, FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər