"Qəbələ"nin yeni prezidenti məlum oldu -RƏSMİ
Tale Heydərovun "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsindən istefa verməsindən sonra bu posta Fariz Nəcəfov təyin olunub.
Sportfm.az xəbər verir ki, sabiq prezidentin 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin etdiyi Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.
Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bildirib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir".
Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".
Oxşar xəbərlər
18 yaşında oğlunu prezident təyin etdi
"Tale Heydərovun "Qəbələ"dən istefa verməsinə təəccübləndim" - Açıqlama
Tale Heydərov istefası ilə bağlı açıqlama verdi: "Vaxtı çatmışdır"
Tale Heydərov klubdan getdi
Kəmaləddin Heydərov qalibiyyətə şahidlik etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası