reklam
Coşqun Diniyev ilk oyununda dubl etdi -
Sportfm.az xəbər saytı

Coşqun Diniyev ilk oyununda dubl etdi -VİDEO


Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında "Yeni Malatyaspor"u qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb. O, bu matçda "Çorum"un iki qolunu vurub və komandasına qələbə qazandırıb.

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 4-cü yerdədir. "Yeni Malatyaspor" isə -21 xalla sonuncu pillədə qərarlaşıb.

11 fevral

"Çorum" - "Yeni Malatyaspor" - 2:0
Qollar: Çoşqun Diniyev, 13, 49

Sözgedən matçdan hazırlanmış videoicmalı təqdim edirik.

Oxşar xəbərlər

Coşqun Diniyev “Çorum”da - RƏSMİ
Diniyev oynadı, komandası qalib gəldi
Coşqun oynadı, komandası bərabərə qaldı
Diniyev Türkiyə klubunda debüt etdi
Diniyev Türkiyədə növbəti qolunu vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər