reklam
Oskar Super Liqada çıxış edəcək
Sportfm.az xəbər saytı

Oskar Super Liqada çıxış edəcək


Super Liqaya bu il vəsiqə qazanan "Göztəpə” heyətini yeni futbolçuyla gücləndirib.
 
Sportfm.az xəbər verir ki, İzmir təmsilçisi argentinalı yarımmüdafiəçi Ezekiel Oskar Skarione ilə anlaşıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 14 illik fasilədən sonra Super Liqaya qayıdan "sarı-qırmızılar” 32 yaşlı futbolçuyla 2 illik müqavilə bağlayıb.
 
Skarione daha öncə də Super Liqada çıxış edib. O, 3 mövsümdə "Kasımpaşa”nın uğurları üçün çalışıb. Argentinalı futbolçu son mövsümdə İsrailin "Makkabi” (Təl-Əviv) komandasında top qovub. Skarione Təl-Əviv təmsilçisinin heyətində şans qazandığı 29 oyunda 9 qol vurub.

Oxşar xəbərlər

Ramil Şeydayev Super Liqada çıxış edə bilər
Super Liqanın debütantı daha bir transferini rəsmən açıqladı
Piter Krauç Türkiyə Super Liqasında
14 ildən sonra futbol elitasına yüksəldilər
"Yuventus" B seriyasından futbolçu aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər