reklam
Ramil Şeydayev Super Liqada çıxış edə bilər
Sportfm.az xəbər saytı

Ramil Şeydayev Super Liqada çıxış edə bilər


Azərbaycanlı futbolçular Türkiyə 1-ci Liqasının pley-offuna vəsiqə qazanıblar.

Sportfm.az xəbər verir ki, Ramil Şeydayev və Vüsal İsgəndərlinin komandaları Super Liqaya yüksəlmək uğrunda yarışacaq.

Ramilin çıxış etdiyi “Kocaelisor” sonuncu – 34-cü turda evdə “Sakaryaspor”la qarşılaşıb və 0:2 hesabıyla uduzub. Şeydayev bu matçın 60-cı dəqiqəsində meydana çıxıb. Vüsalın komandası “Boluspor” isə azərbaycanlı futbolçunun sonadək ehtiyatda qaldığı son tur matçında “Çorum”a 2:1 hesabıyla qalib gəlib.

Beləliklə, mövsümü 55 xalla 6-cı pillədə başa vuran “Kocaelispor” 5-ci “Çorum”la qarşılaşacaq. “Boluspor” (7-ci yer) isə “Bodrumspor”la (4-cü yer) üz-üzə gələcək. Dörd klubun mübarizəsindən sonra qalib komanda finala yüksələcək. “Sakaryaspor”la (3-cü yer) həlledici görüşdə Super Liqaya son vəsiqəni sahibi bəlli olacaq.

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.

“Eyüpspor” və “Göztəpə” Super Liqaya birbaşa vəsiqə qazanıblar.

Oxşar xəbərlər

Ramil Şeydayev Super Liqada oynaya bilməyəcək
Ramilin komandası bərabərə qaldı - Türkiyə 1-ci liqası
Şeydayev oynadı, komandası bərabərə qaldı
Türkiyədə 3 futbolçumuz var, onlar da...
Azərbaycanlı futbolçuların oyununda bərabərlik - Türkiyə 1-ci Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər