reklam
Güləşçilərimiz xatirə turnirində iştirak edəcək
Sportfm.az xəbər saytı

Güləşçilərimiz xatirə turnirində iştirak edəcək


Azərbaycanın səkkiz sərbəst güləşçisi Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 23-26-sı aralığında baş tutacaq yarışda ölkəmizi məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) təmsil edəcəklər.

Memorialda həmçinin 1-ci kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Güləşçilərimiz Polşada beynəlxalq turnirdə iştirak edəcək
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
Yığmamızın heyəti bilindi - Türkiyədəki beynəlxalq turnir üçün
Azərbaycan güləşçilərinin adları açıqlandı - Bolqarıstan turniri
Güləş yığmamızın heyəti açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər