Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov:"Onlara bir oyunla qiymət vermək olmaz"
"Çox istəkli və aqressiv bir komandaya qarşı oynadıq. Rəqib topla daha yaxşı oynayırdı. Hesab 0:2, 0:3, 0:4 olsa da, təslim olmaq istəmirdilər. Bir az əvvəl öyrəndim ki, baş məşqçiləri deyib ki, hələ şansımız var. Bundan sonra bu komandaya hörmətim bir az da artdı".
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sını 5:0 hesabı ilə yendikləri ilk görüşdən sonra deyib. Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Cavab görüşündən nə gözləyirsiniz?
- Cavab oyununda ehtiyatlı olmalıyıq. Çətin oyun oldu. Futbolçular xarakter nümayiş etdirdilər, bir dəqiqə də olsun meydanda özlərini rahat hiss etmədilər. Azarkeşlər də bu gün möhtəşəm idilər. 5-6 gün vaxtımız var. Cavab oyunundan öncə səhvlərimizi nəzərdən keçirib, onları aradan qaldırmağa çalışacağıq. Avrokuboklarda istənilən hesab qeydə alına bilər.
- Yeni transferlərdən razı qaldınız?
- Həm Donald Gerryer, həm də Yakub Jezniçak təcrübəli futbolçudur. Ancaq onlara oyununa bir oyunla qiymət vermək olmaz. Futbolçuların oyun intizamından razı qaldım. Nə cür danışmışdıqsa, elə də oynadılar. Onlar meydana çıxandan sonra komandanın sistemi pozulmadı. Hər ikisi peşəkar futbolçudur.
- Rəşad Sadıqovun vəziyyəti necədir?
- Onun vəziyyətinə sabah, ya da bir-iki günə tam aydınlıq gələcək. Dizində problem var. Ümid edirəm ki, ciddi bir şey yoxdur.
- Bu mövsüm Çempionlar Liqasında maksimum hədəfiniz nədi?
- Biz iştirak etdiyimiz hər bir turnirdə maksimum irəliləmək istəyirik. Futbolçularımızın təcrübəsi var. Bu turnir çox ciddidir. Burada zəif komanda olmur. Hər komanda öz ölkəsinin çempionudur. Oyunlarda istənilən nəticə qeydə alına bilər. Qrupa düşməyə çalışacağıq.
- Futbolçu olduğunuz zaman - 26 il öncə Gürcüstanda "Mertsxali" komandasında çıxış etmisiniz. Bu ölkəyə gedəndə əvvəlki komanda yoldaşlarınızla görüşəcəksiz?
- Əfsuslar olsun ki, həmin komandadan heç kim yadımda qalmayıb. Üzərindən 26 il keçib. Ancaq bu sözlərdən sonra onları yada salmağa, Tbilisiyə gedəndə onlarla görüşməyə çalışacam.(report.az)
Oxşar xəbərlər
"Ondan əl çəkməyəcəyik" - Qurban Qurbanov
Qurbanov inamlı danışdı: "Qarabağ”ın istənilən rəqibi məğlub etməyə gücü var”
Qurban Qurbanov:"Gözlədiymiz oyun oldu"
"Qarabağ"ın baş məşqçisi nədən danışdı?
Qurban Qurbanov: "Çatışmayan cəhətlər var idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası