Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldo FİFA-nı boykot etdi
Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo FİFA-nın "The Best" mükafatının səsverməsinə qatılmayıb.
Sportfm.az xəbər verir ki, 39 yaşlı hücumçu səs verməkdən imtina edib.
Onun əvəzinə səsvermənin iştirakçısı Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva olub.
2024-cü ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermədə yarımmüdafiəçi komanda yoldaşı Rodrini 1-ci, Vinisius Junioru (“Real”) 2-ci, Erlin Haalandı (“Mançester Siti”) isə 3-cü yerə qoyub.
Ronaldo ötən il də "The Best"in səsverməsində iştirak etməmişdi. Onun əvəzinə bunu müdafiəçi Pepe etmişdi.
Qeyd edək ki, 2024-cü ilin ən yaxşı futbolçusu Vinisius Junior seçilib.

Oxşar xəbərlər
İlin rəmzi komandası - SİYAHI
FİFA Vinisiusu "ən yaxşı" seçdi - "The Best"
“Globe Soccer”in ən yaxşısı Haland oldu
11 futbolçu ən yaxşı adına namizəddir
2023-cü ilin ən yaxşı futbolçuları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası