Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionu Ukrayna klubunda
"Telekom"un məşqçisi Vasif Talıbov karyerasını ölkə xaricində davam etdirəcək.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Zoran Qayiçin ardınca köməkçisi də klubdan ayrılıb.
44 yaşlı mütəxəssis Bakı təmsilçisinə gələnədək işlədiyi Ukraynaya qayıdıb. 2013-cü ildən "Telekom"da çalışan Talıbov bu ölkənin kişilərdən ibarət "Vinnitsa" klubunun baş məşqçisi təyin edilib.
O, ən azı mövsümün sonuna kimi bu komandanın "sükanı arxası"nda olacaq. Məşqçinin 1 illik müqavilə imzaladığı komanda son Ukrayna çempionatının yüksək liqasında 3-cü olub.
Həmyerlimiz bu postda Aleksandr Bondarenkonu əvəzləyib. Talıbov yeni işinə iyulun 15-də start verəcək. Həmin gün Superliqa klubu yeni mövsümün hazırlığına başlayacaq.
Qeyd edək ki, son mövsümün Azərbaycan çempionu daha öncə "Vinnitsa"da köməkçi məşqçi kimi çalışıb.
Oxşar xəbərlər
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat
“Gəncə”nin yeni baş məşqçisi
Millimizdə yeni baş məşqçi
Azərbaycanlı baş məşqçi Ukrayna klubu ilə müqavilə bağladı
Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin