reklam
Madrid
Sportfm.az xəbər saytı

Madrid "Real"ının bəyəndiyi balaca azərbaycanlı -FOTO


"Real Madrid" futbol akademiyası seçim mərhələsini 7 yaşlı azərbaycanlı futbolçu 1-ci yerlə başa vurub.

Sportfm.az xəbər verir ki, futbolçunun atası öz sosial şəbəkə hesabında bunları yazıb: "Keçən ay Fransada yaşadığımız şəhərə "Real Madrid" klubunun akademiyasından gəlib futbolçu seçimi etdilər. Müxtəlif yaş qruplarından 36 futbolçunun iştirak etdiyi seçim mərhələsinin ilk turunda Telman Əlizadə 1-ci yeri tutaraq sertifikatla mükafatlandırıldı. İkinci seçim mərhələsi isə may ayında olacaq. Burada Fransanın müxtəlif şəhərlərindən olan futbolçular iştirak edəcək. Bu mərhələdən də keçsə "Real Madrid" akademiyasına seçiləcək. Bir neçə ay öncə Azərbaycanda olduq. "Qarabağ" klubunun akademiyasında Telmanı çox bəyəndilər. Azərbaycanın sabiq futbolçusu Ruslan Əmircanovla 1 ay fərdi məşqlərdə iştirak etdi. Ruslan müəllim özü də Telmanın çox istedadlı olduğunu, əgər məşqlərinə bu tempdə davam etsə gələcəkdə böyük futbolçu olacağını bildirdi".
Qeyd edək ki, bu günə qədər Madrid klubunun akademiyasında heç vaxt azərbaycanlı uşaq olmayıb.

Oxşar xəbərlər

Madrid "Real"ı 16 yaşında gürcü futbolçu alır
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
"Real Madrid"in əfsanəsi vəfat etdi
"Real"ın futbolçusu haqqında sənədli film çəkildi
“Roma” “Real”ın futbolçusunu transfer edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər