Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Səbail" yeni yaranan klubla oynayacaq
İyunun 12-dən Bakıda yeni mövsümün hazırlığına start verən "Səbail" təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.
Sportfm.az xəbər verir ki, Samir Əliyevin komandası gündə 2 dəfə "Dalğa Arena"da məşq etməklə yanaşı 3 yoxlama oyunu keçirməyi də planlaşdırır. "Səbail" iyunun 29-da "Binə" komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə eyni rəqiblə - "Sumqayıt"la görüş olacaq. "Səbail" "Binə" komandası ilə "Dalğa Arena"da üz-üzə gələcək. "Sumqayıt"la iyulun 2-də keçiriləcək yoxlama oyunu "Kapital Bank Arena"da təşkil olunacaq. İyulun 8-də keçirilməsi planlaşdırılan növbəti "Səbail" - "Sumqayıt" qarşılaşmasının məkanı hələ ki dəqiqləşməyib.
Oxşar xəbərlər
"Sabah" "Sumqayıt"a məğlub oldu - Yoxlama oyunu
"Sabah"ın rəqibləri məlum oldu - Yoxlama oyunu
“Səbail” 2 yoxlama oyunu keçirəcək
"Səbail" 4 yoxlama oyunu keçirəcək - Toplanış
"Qəbələ" üçün daha üç rəqib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası